16:26 - “Ermənilər kababxana açdı, biz isə Mədəniyyət Mərkəzi” - Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov
16:17 - Qarmon ustadı Gövhərin qızı müğənniliyə başladı, hamı tənqid etdi - VİDEO
16:00 - Ekstrasenslər məşhur reperin ölüm səbəbini açıqladılar
15:45 - Qusarda daha üç nəfər zəhərləndi
15:29 - ZELENSKİ NİYƏ BİRİNCİ AZƏRBAYCANI SEÇDİ? - Üç səbəb
15:28 - Erməni patriarxı “soyqırım” qərarına qarşı - “Bizim bu ölkə ilə ümumi tariximiz var...”
15:26 - “İRANDAKI REJİMİN DEVRİLMƏSİ MÜMKÜN” – “Bu işlər görülməsə böhranın qarşısını almaq olmaz...”
15:20 - "Leş ət" satanlarla əlbir olan həkim kassasiya şikayəti verib
15:11 - Azərbaycan Dövlət Reklam Agentliyi ötən il 2 milyon manatdan çox xalis mənfəət əldə edib
15:06 - Məsud Özil Çin hökumətinin qəzəbinə tuş gəldi
15:05 - Bakıda beynəlxalq toplantı – Sədrlik Milli Məclisə keçəcək
15:00 - “Şəxsiyyətini itirir” - Opera sənətçiləri arasında qalmaqal
14:59 - Bacısının azyaşlı qızına təcavüz edən şəxslə bağlı - YENİ QƏRAR
Azərbaycanda körpəni küçəyə atdılar - YENİLƏNİB
Noyabrın 28-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına polis əməkdaşları küçəyə atılmış səkkiz aylığa uyğun qız uşağı gətiriblər.
Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib və qidalandırılıb. Hazırda həkimlər uşağın vəziyyətini yaxşı kimi qiymətləndirirlər.
Faktla əlqədar müvafiq qurumlara məlumat verilib.
09:28
Şirvanda küçədə üç günlük körpə tapılıb.
Report-un xəbərinə görə, hadisə noyabrın 28-də saat 18 radələrində, rayonun Leytenant İbrahimov küçəsi, 18/2 ünvanının qarşısında baş verib.
Belə ki, rayon sakini C.Abdullayev küçədə bələnmiş vəziyyətdə qız uşağının tapılması barədə Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) məlumat verib.
Körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təhvil verilib.
Həkimlərlərin ilkin olaraq bildirdiyinə görə, həmin uşaq 2-3 gün əvvəl dünyaya gəlib.
Hazırda uşağın səhhəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır, uşağın ora kim tərəfindən atıldığı və onun valideynləri müəyyənləşdirilir.