axin.az

SON DƏQİQƏ

Yardımlıda başçı-müavin tandemi yenə də ittiham hədəfidir - Sakinlər yazır...

12-10-2020, 12:51

Yardımlıda başçı-müavin tandemi yenə də ittiham hədəfidir - Sakinlər yazır...

"Salam. Sizə Yardımlı rayonundan yazırıq. Yardımlı rayonunun problemləri dəfələrlə işıqlandırılsa da, aidiyyatı qurumlar heç bir tədbir görmürlər, heç bir ölçü götürülmür. Və bu da porblemlərin azalmasına yox, əksinə, çoxalmaına gətirib cıxarır". Axin.az bildirir ki, bu barədə redaksiyamıza edilən müraciətdə deyilir.

Daha sonra Yardımlı rayon sakinləri adından edilən müraciətdə bildirilir: "Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovu və Başçının müavini Sosial-İqtisadi inkişafın təhlili proqnozlaşdırlması şöbəsinin rəhbəri Mahir Mizəyevi Yardımlı rayon camaatının problemləri yox, şəxsi maraqları narahat etdiyindən, habelə bu ikiliyə "gözün üstündə qaşın var" deyilmədiyindən bu gün Yardımlıda özbaşınalıq baş alıb gedir. Rayopnda həyata keçirilən tenderlərdən tutmuş, digər bütün dövlət maliyyələşmələri şəxsən icra başçısının rəhbərliyi altında mənimsənilir. Realda isə heç bir iş görülmür. Bununla bağlı mətbuata dəfələrlə və konkret faktlarla yazsaq da, bizi kimsə eşitmir".

Axin.az bildirir ki, bundan sonra sakinlər adından daxil olan müraciətdə icra başçısının adının hallandığı yeyinti ittihamları yer alıb ki, bu iddianı dəqiqləşdirmə imkanımız olmadığından işıqlandıra bilmədik. Lakin araşdırma aparırıq və daha geniş bilgiləri paylaşacağıq.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA