axin.az

SON DƏQİQƏ

Saxtakarlığın NAXÇIVAN variantı... – Paxırın üstünü müharibə veteranları açdılar

7-08-2020, 13:21

Saxtakarlığın NAXÇIVAN variantı... – Paxırın üstünü müharibə veteranları açdılar
Məlum olduğu kimi, Sədərək rayonunun bir qrup müharibə veteranı saytımız vasitəsilə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova müraciət edərək doğma yurdlarında baş alıb gedən problemləri dilə gətirmiş və icra başçısı Həbib İbrahimovu dərhal cəzalandırmağı xahiş etmişdilər.
Sədərəklilərdən Vasif Talıbova müraciət: “Rayonu barıt çəlləyinə çevirən o adamı vəzifədən uzaqlaşdırın!

Maraqlıdır ki, şikayətçilərə cavab Cənab Sədrdən yox, Sədərəkdəki qohum-əqrəbalarında gəldi. Rayondan Ovqat.com redaksiyasına göndərilən “zəhmətkeşlər” məktublarında, edilən telefon zənglərində Ali Məclis Sədrinə müraciətin veteranlar tərəfindən yazılmadığı, saxtakarlıq yoluyla tərtib olunduğu vurğulanırdı. Biz də bu iddiaları yerində araşdırmaq üçün şikayətçiləri bir araya yığıb həmin müraciətin həqiqətən də onların adından xəbərləri olmadan yazılıb-yazılmadığı ilə maraqlandıq. Aldığımız cavab isə bizi şoka saldı. Sən demə, saytımıza göndərilən təkzib məktubları saxta imiş. Həmsöhbətlərimizin bildirdiklərinə görə, məlum yazı saytımızda dərc olunandan sonra Sədərək İcra başçısı həmin adamların rayonda yaşayan yaxınlarına hədə-qorxu gələrək, müraciət təkzib olunmasını tapşırıbmış. Bu niyyət baş tutmayanda isə onların özünə qohumlarının adından redaksiyamıza zəng vurub aldadılmaq əmr olunub. İcra Hakimiyyətinin basqılarına duruş gətirməyən insanlar isə redaksiyamıza “zəhmətkeş” məktubları göndərmək məcburiyyətində qalıblar.

Bir-birinin korpyası olan “zəhmətkeş” məktublardan bəziləri


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA