İmişli rayonunda yanğın hadisəsi baş verib.
"Axin.az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda həyətyanı sahədə həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi yanıb.
Hadisə zamanı 2 nəfər xəsarət alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;