Gəncə şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub.
"Axin.az"in Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Əraziyə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.