axin.az

SON DƏQİQƏ

Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir - YENİLƏNİB

5-06-2020, 21:33

Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir - YENİLƏNİB
Kür çayının Bərdə rayonu ərazisindən keçən və suyun axınının nisbətən sürətli olan hissəsində çimərkən batan gəncin axtraşları kənd sakinləri tərəfindən davam etdirilir.

Bu barədə "axin.az"in Qarabağ Mərkəzinə rayonun Nazırlı Kənd icra nümayəndəsi Pərviz Əlizadə məlumat verib.

İcra nümayəndəsinin sözlərinə görə, günorta saatlarından baş verən hadisədə batan gəncin axtarışları kənda sakinləri tərəfindən davam etdirilir: "Hadisə bu gün günorta saatlarında baş verib. Kür çayının axınının sürətli olan hissəsində çimərkən 18 yaşlı Röyal Mirağazadə batıb. Həmin vaxt çayda çimən bir neçə gənc və batan gəncin həmyaşıdları onu çıxara bilməyiblər".

*** 16:59

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

"axin.az"in Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Nazırlı kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Röyal Rafiq oğlu Mirağazadə çayda çimərkən batıb. R.Mirağazadə ilə birlikdə çayda çimən bir neçə həmyaşıdı onu çıxarmaq istəsələr də çayın axınının nisbətən sürətli olan hissəsində çimdikləri üçün gəncin həyatını xilas edə bilməyiblər.

Onun axtarışları yerli sakinlər tərəfindən davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA