axin.az

SON DƏQİQƏ

Qusarın icra başçısı canını çox istəyirmiş... - "GİZLƏNİB" iddiası...

3-06-2020, 14:30

Qusarın icra başçısı canını çox istəyirmiş... - "GİZLƏNİB" iddiası..."Koronavirus pandemiyası dövründə digər rayonların icra başçılarına həsədlə baxdıq. Gördük ki, əksər rayonların başçıları camaatın durumu ilə şəxsən maraqlandı. Amma Qusarda belə olmadı və indi də belə deyil. Görünür, digər başçılardan fərqli olaraq Qusar RİH rəhbəri Şair Alxasov canını daha çox istəyir". Bu sözlər axin.az-a ünvanlanan müraciətdə yer alıb.

Müraciət müəllifi giley edir ki, karantinin ən sərt dövründə də, karantin rejimi yumşaldıqdan sonra da hansısa Qusar sakininin Şair Alxasova dərdini çatdırması müşkülə çevrilib. axin.az-a bildirilir:

"Bəhanə də gətirirlər ki, başçı virusa yoluxa bilər. Yaşlı adamdır. Əgər belədirsə, Şair Alxasov xəstəliyə yoluxmaması üçün biz sakinlərdən qaçırsa, o zaman cənab Prezident Qusara daha sağlam və daha gənc birini rəhbər təyin etsin ki, biz də dərdimizi söyləyə bilək".

Müraciətin sonunda qeyd olunur ki, ola bilsin ki, ümumiyyətlə Şair Alxasov Qusarda deyil: "Şaiyə gəzir ki, başçımız ilk gündən Bakıdadır və rayonu oradan idarə edir".

İddia olunanlarla bağlı axin.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA