Cəlilabadda meyiti tapılan kişinin şəxsiyyəti müəyyənləşib.
"axin.az"in Muğan bürosunun məlumatına görə, dünən rayonun Göytəpə şəhərində yerləşən Peşə Liseyinin yaxınlığındakı taxıl sahəsində meyiti tapılan şəxs şəhər sakini, 1963-cü il təvəllüdlü Tacəddin Ağalar oğlu Kərimovdur.
İlkin ehtimala görə, o, yüksək dozada qəbul etdiyi narkotik səbəbindən dünyasını dəyişib.