axin.az

SON DƏQİQƏ

Mingəçevirdə civə satan şəxs saxlanılıb

23-05-2020, 13:34

Mingəçevirdə civə satan şəxs saxlanılıbMingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Axin.az"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı ondan 2 ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək civəni satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA