axin.az

SON DƏQİQƏ

Bərdədə nə baş verib? - 14 nəfər saxlanılıb

16-05-2020, 16:46

Bərdədə nə baş verib? - 14 nəfər saxlanılıbBu gün - mayın 16-da Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbilə toplaşmışlar. Bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda deyilir.

Bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin rəhbərliyi izahedici söhbətlər aparsa da onlar öz hərəkətlərini davam etdirmiş, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini də tələb etmişlər. Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb edilmişdir. Asayiş keşikçilərinin dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstərmişlər.

Onların hərəkətlərinin qarşısı alınmış, ictimai asayiş tam bərpa edilmişdir. Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA