axin.az

SON DƏQİQƏ

Başçısı həbs olunan rayonda özbaşınalıq davam edir... - GİLEY

13-05-2020, 09:56

Başçısı həbs olunan rayonda özbaşınalıq davam edir... - GİLEYİmişli rayonu, Rəsullu kənd sakini Hüseynov Müzafət İbadət oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Çox acınacaqlı vəziyyətdəyəm. Sizə səslənirəm. Mən, İmişli rayon Rəsullu kənd sakini Müzafət İbadət oğlu Hüseynov, Sizə müraciətim işimlə bağlıdır.

Mən 1985-ci ildə İmişli rayon Rəsullu kənd uşaq bağçasında gözətçi vəzifəsində işə qəbul olmuşam. Lakin 2010-cu ildə haqqımda heç bir şikayət olmadan, eləcə də pensiya yaşım tamam olmadan, ixtisar olmadan, ştat ləğv olmadan İmişli rayon Rəsullu kənd icra nümayəndəsi Fəxrəddin Əhmədov Cəfər oğlu və İmişli rayon Rəsullu kənd uşaq bağçasının müdiri Mahirə Şükürova ilə birləşərək, məni qeyri-qanuni işdən azad ediblər. Üstəlik, mənim ailəmi saxlamaq üçün aldığım aylıq maaşı Fəxrəddin Əhmədov mənimsəyib.

Dəfələrlə vəziyyətimlə bağlı ona müraciət etsəm də, o, buna məhəl qoymayıb, “get kimə istəyirsən de”, – bildirib.

Dəfələrlə İmişli rayon icra nümayəndəsinin qəbulunda olmuşam. Amma mənim işimə baxan yoxdur.

Dəfələrlə məktubla Sizə müraciət etmişəm, müsbət cavab almışam. Amma neyləyim, İmişli rayonunda işimə baxan yoxdur. Ailəmi saxlamaq üçün heç yerdən gəlirim yoxdur. Yoldaşım Hüseynova Gülnaz Əli qızı aylıq 130 manat pensiya alır. Onunla həm dolanırıq, həmdə kommunal borcları ödəyirik, 80 manat isə kredit ödəyirik.

Hal-hazırda oğlumla yaşayıram, ailəlidir. 2 azyaşlı övladı var. Heç yerdə işləmir. Dolanmaq üçün həyətimdə heyvanım da yoxdur. Nə edim axı, Cənab Prezident? Mənə köməklik edin. Ya mənim işimin bərpası üçün, ya da mənim İmişli rayonunda ailəmi saxlamaq üçün bir iş versinlər.

Sizdən xahiş edirəm Cənab Prezident, müvafiq yerlərə göstəriş verin. Mənim işimlə bağlı 15.02.2020-ci il tarixində oğlum İmişli rayon, Rəsullu kənd sakini Müzakir Müzafət oğlu Hüseynov Cənab Prezident Sizə teleqram məktubu vurmuşdur. Amma yenə də İmişli rayonunda məni nə işimə bərpa etdilər, nə də başqa işlə təmin etdilər.

Hal-hazırda İmişli rayonunun Rəsullu kəndində uşaq bağçasında kənd icra nümayəndəsi Fəxrəddin Əhmədov Cəfər oğlu yerimə bir nəfərin adın yazaraq, pulu mənimsəyir. Artıq nə qapımda, nə də dolanmaq üçün satmağa heç nəyim qalmadı.

Cənab Prezident!

Sizdən xahiş edirəm mənə köməklik edin”.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA