axin.az

SON DƏQİQƏ

Şamaxıda yeni KADR İSLAHATLARI - Uzun illər vəzifə tutan Qasımov yola salındı

2-05-2020, 15:01

Şamaxıda yeni KADR İSLAHATLARI - Uzun illər vəzifə tutan Qasımov yola salındıŞamaxı Rayon İcra Hakimiyyətində daha bir kadr dəyişikliyi aparılıb. Bu barədə Axin.az-a rayondakı qaynaqlardan verilən informasiyada bildirilir.

Belə ki, başçının əmri ilə icra hakimiyyəti başçısının 1-ci müavini Qasımov Qasım Nurməhəmməd oğlu işdən azad edilib.

Qeyd edək ki, 1 həftə bundan qabaq başçının digər müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Mübariz qızı Ələkbərova və başçının köməkçisi Yaqub Arif oğlu Yaqubovda vəzifələrindəndən azad olunmuşdu. Onların heç birinin yerinə hələki təyinat olmayıb.

Onu da bildirək ki, son olaraq görəvindən ayrılan Qasım Qasımovla bağlı yerli KİV-də müxtəlif səpgili informasiyalar da yayılmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA