axin.az

SON DƏQİQƏ

Quba yolundakı qəzada ölənlərin sonuncusu da bəlli oldu, yaralılardan biri Bakıya gətirildi

3-11-2019, 13:35

Quba yolundakı qəzada ölənlərin sonuncusu da bəlli oldu, yaralılardan biri Bakıya gətirildiBakı-Quba yolundakı qəzada ölənlərin sonuncusunun da adı dəqiqləşib, yaralılardan isə birinin vəziyyəti ağırlaşıb.

Axin.az-ın bölgə müxbiri xəbər verir ki, qəzada dünyasını dəyişən qadınlardan sonuncusu Xaçmaz şəhər sakini, 35 yaşlı Günay Vəliyevadır.

Müxtəlif xəsarətlərlə Siyəzən regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən yaralılardan Mehriban Vəliyevanın nəvəsi Sevgi Vəliyevanın vəziyyəti isə ağırlaşıb.

O, Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Qeyd edək ki, noyabrın 1-də Bakı-Quba magistralında “Mercedes” markalı minik avtomobili ilə “Lada” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı 5 nəfər ölüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA