Xaçmazda avtomobil qaçırılıb.
Bu barədə "Axin.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da şəhər ərazisindən Həbibkənd kənd sakini A.Alışovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəhər sakini Ş.Zeynalov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.