İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.
"axin.az"in Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 16 radələrində rayonun Gövhərli kəndində qeydə alınıb.
Belə ki, həmkəndlilər arasında yaranan mübahisə zamanı Gövhərli kənd sakini, 2005-ci il təvəllüdlü M.C 2004-cü il təvəllüdlü N.R-ya bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilib.
Yaralının vəziyyətinin yaxşı olduğu bildirilir.
Araşdırmalar aparılır.