Qubada yol qəzası baş verib.
Bu barədə "Axin.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, aprelin 3-ü saat 19 radələrində Quba rayonunun Paşaoba kəndi ərazisində şəhər sakini M.Bayramov idarə etdiyi “Moskviç” markalı avtomobillə yolu keçən həmyerlisi Feyzulla Eldarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.