Göygöldə xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Axin.az"in Qərb Mərkəzinin məlumatına görə, şəhər ərazisində "Niva" markalı iki avtomobil toqquşub.
Hadisə zamanı xəsarət alanın olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.