axin.az

SON DƏQİQƏ

Belə şərəfsiz də varmış... - Pula görə şəhidin qəbrini sökdü

26-03-2020, 16:32

Belə şərəfsiz də varmış... - Pula görə şəhidin qəbrini sökdüXaçmaz rayonu Qaraqurtdu kənd qəbiristanlığındakı məzarların bəzək-naxışlarını oğurlayıb.

Axin.az xəbər verir ki, bəzəkləri oğurlanan məzarlardan biri də 1993-cü ildə Murovdağdakı məşhur Ömər aşırımının azad edilməsi zamanı şəhid olmuş Səlimov Arif Sərkar oğluna aiddir.

Xaçmaz rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, olayı törədən şəxsin kimliyi müəyyənləşdirilib.

Polis əməkdaşları Xaçmaz şəhər sakini Qurbanov İmranı saxlayarkən, onun bu əməli narkotik almaq üçün pul əldə etmək məqsədi ilə törətdiyi məlum olub.

Qeyd edək ki, məzarlardan qiymətli metal hissəciklərini satmaq məqsədi ilə oğurlayan Qurbanov İmran saxlanılarkən üzərindən narkotik vasitə olan heroin aşkar edilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

https://video.yenisabah.az/embed.php?vid=da82fb234


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA