axin.az

SON DƏQİQƏ

Beyləqanda müvəqqəti duracağa aparılan sürücü öldü

20-03-2020, 17:54

Beyləqanda müvəqqəti duracağa aparılan sürücü öldüMartın 19-u saat 17 radələrində Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları xidmətdə olarkən hərəkətdə olan “Niva” markalı avtomobili üzərində keçmiş Sovetlər İttifaqından qalan (22-66 АГБ) qeydiyyat nişanı ilə idarə edildiyi üçün saxlayıblar.

Bu barədə "Axin.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yerindəcə araşdırmalar zamanı avtomobilin sürücüsü, 70 yaşlı Ziyafət Novruzovun sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, Yol Patrul Xidməti (YPX) əməkdaşları avtomobili müvəqqəti duracağa aparıblar.

Orada sürücü Z.Novruzovun səhhəti pisləşib və çağırılan Təcili Tibbi Yardım briqadası gələnədək vəfat edib.

Həkimlərin verdiyi rəyə görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA