axin.az

SON DƏQİQƏ

Bərdədə avtomobil kanala aşdı: Ölən və yaralananlar var

17-03-2020, 09:17

Bərdədə avtomobil kanala aşdı: Ölən və yaralananlar varBərdə rayonunun Lənbərən kəndi ərazisində minik avtomobili kanala aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşaraq su kanalına düşüb.

Avtomobildə olan qadın sərnişin - 1973-cü il təvəllüdlü Həsənova Sədagül Qəşəm qızı həyatını itirib.

Dörd nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Gülüstan qəsəbə sakinləri - 1988-ci il təvəllüdlü Mirzəyeva Günel İbrahim qızı, sürücü 1993-cü il təvəllüdlü Xuduzadə Ceyhun İlham oğlu, 1972-ci il təvəllüdlü Həsənova Heyran Kamran qızı və 1991-ci il təvəllüdlü Mirzəyev Səxavət Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA