axin.az

SON DƏQİQƏ

Lənkərdanda büdcə pulları belə yeyilir - İDDİA

16-03-2020, 12:04

Lənkərdanda büdcə pulları belə yeyilir - İDDİAEkspert icra başçısı və müavini haqqında videomüraciət yaydı

Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında videomüraciət yayılıb.

Reyting.az xəbər verir ki, təhsili ekspert Elşən Qafarov sosial şəbəkələrdəki hesabında Lənkəranın icra başçısı və onun müavini tərəfindən talan edildiyini bildirib.

E.Qafarov videomüraciətində T. Qaraşov və müavininin korrupsiya ilə məşğul olduğunu deyir və çoxsaylı mülkləri hansı vəsaitlə əldə etdiklərinin araşdırılmasını vacib sayır.

Ekspert eyni zamanda, Rəsilə Əliyevanın müavin olduğu qısa müddətdə aldığı və ya ona bağışlanan əmlakları sadalayır:

1. "Dəniz Hotel” (anasının adına sənədləşdirilib)

2. Bakıda, "Gənclik” metrostansiyası yaxınlığında villa (850 000 manat dəyərində)

3. Lənkəranda, Qala adlanan mərkəzi yaşayış massivində 2 otaqlı mənzil

4. Lənkərənda, dəniz kənarında villa

5. Rvo kəndi ərazisində, Lənkəran çayı sahilində böyük torpaq sahəsi

6. Bakıda, Ağ Şəhərdə (AMAY TM-nin yaxınlığında) 3 otaqlı mənzil

7. Lənkəranda, "Raypo” adlanan yaşayış massivində 4 otaqlı mənzil

8. Lənkəranda, "EvroAptek” deyilən binada 2 otaqlı mənzil və s.

Lənkəran Rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.

E.Qafarovun bu və digər iddiaların yer aldığı video-müraciətini təqdim edirik:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA