axin.az

SON DƏQİQƏ

Zərdabda toyda 2 nəfər bıçaqlandı

15-03-2020, 21:40

Zərdabda toyda 2 nəfər bıçaqlandıZərdabda bıçaqlanma hadisəsi baş verib.

"Axin.az"in Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Şahhüseynli kəndində keçirilən toy mərasimində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Əqdəm Abdulməcid oğlu Babayev şəxsi münasibətlər zəminində həmkəndliləri - Rəşad Qara oğlu Qarayevə və Şəmsi Böyükəli oğlu Qarazadəyə üzərində gəzdirdiyi bıçaqla ağır xəsarətlər yetirib. Hər iki yaralı Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Lakin zərərçəkənlərin vəziyyətləri ağır olduğundan onlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Ə.Babayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA