axin.az

SON DƏQİQƏ

Masallıda mağazaya basqın edilib 11 min manat aparıldı

13-03-2020, 15:21

Masallıda mağazaya basqın edilib 11 min manat aparıldıMasallıda quldurluq hadisəsi baş verib.

Bu barədə "Axin.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də şəhər ərazisindəki mağazalardan birində orada işləyən Rəşad Qasımova balta ilə xəsarət yetirib, quldurluq yolu ilə kassadakı 11 700 manat pulu aparmaqda şübhəli bilinən Musaküçə kənd sakini R.Şahverdiyev saxlanılıb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA