axin.az

SON DƏQİQƏ

Biləsuvarı təmiz zibilxanaya çevirib... - FOTOFAKT

13-03-2020, 12:08

Biləsuvarı təmiz zibilxanaya çevirib... - FOTOFAKTBiləsuvarın mərkəzi küçəsi zibilliyə çevrilib.

Axin.az-in həmin ərazidə olan əməkdaşı xəbər verir ki, rayon mərkəzində yerləşən Milli Qəhrəman Mübariz İbrahimov və Tofiq İsmayılov küçələrinin kəsişməsində zibil qutuları olmadığı üçün sakinlər zibili yola tökməyə məcbur olur. Koronavirus təhlükəsinin sərhəd bilmədən yayıldığı bir məqamda sözügedən rayonun müvafiq qurumları bu duruma laqeyddir. Ərazidə yaşayan sakinlər bildirib ki, bu ərazi Biləsuvar rayon İcra Hakimiyyətinin binasından təxminən 500 metr aralıda yerləşsə də, səlahiyyət sahiblərindən heç kimin diqqətini çəkmir.

“Əlacsız qalan sakinlər zibili yandırmağa cəhd edirlər. Lakin bir neçə dəqiqədən sonra yanğınsöndürən maşınlar əraziyə gəlir, yanğını söndürürlər. Belə bir halı martın 8-də saat 19:20 radələrində müşahidə etdik. Yanğını söndürürlər, ancaq kimsə bu xəstəlik mənbəyinin aradan qaldırılması istiqamətində heç bir iş görmür. Ümid edirik ki, həmin ərazidə yaşayan insanlar xəstəliyə tutulmazdan əvvəl aidiyyəti qurumlar məsələnin həlli istiqamətində müvafiq addımlar atacaq”, - deyə sakinlər bildirib.

Məsələ ilə əlaqədar qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Biləsuvarı təmiz zibilxanaya çevirib... - FOTOFAKT
Biləsuvarı təmiz zibilxanaya çevirib... - FOTOFAKT
Biləsuvarı təmiz zibilxanaya çevirib... - FOTOFAKT


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA