axin.az

SON DƏQİQƏ

Qəbələ rayonunda 28 kilometrlik avtomobil yolu yenidən qurulur

12-03-2020, 22:37

Qəbələ rayonunda 28 kilometrlik avtomobil yolu yenidən qurulurPrezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 28 kilometr olan yerli əhəmiyyətli Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Sözügedən yol ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun davamıdır.

Axin.az xəbər verir ki, dördüncü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Əmirvan-Vəndam yolunun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrinin eni isə 2 metr olacaq. Yenidənqurma işləri zamanı mövcud 3-4 metr enində yol genişləndirilərək 10 metrə çatdırılır. Bunun üçün yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülərək kipləşdirilir. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yenilərinin quraşdırılması və küvetlərin açılması da tələb olunur. Bu səbəbdən yol boyu köhnə boruların sökülməsi əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi nəzərdə tutulur. Həmçinin bir mövcud körpünün də əsaslı təmiri nəzərdə tutulub.

Əraziyə lazımi sayda canlı qüvvə və 50-dən artıq texnika cəlb olunub.

Layihənin sonuncu mərhələsində zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanları, siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Qeyd edək ki, 28 kilometr uzunluğa malik Əmirvan-Vəndam avtomobil yolu ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yoluna birləşməklə iki respublika əhəmiyyətli yol arasında əlaqələndirici funksiya daşıyacaq. Bundan başqa Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə aqrar sahənin inkişafına, həmçinin ərazi boyu turizm imkanlarının genişlənməsinə, yeni turizm marşrutlarının yaradılmasına və bununla da bölgədə turizmin inkişafına gətirib çıxaracaq. Kənd təsərrüfatı və turizmin inkişafı isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA