axin.az

SON DƏQİQƏ

Ağstafa avtomobil aşdı, xəsarət alan var

12-03-2020, 14:03

Ağstafa avtomobil aşdı, xəsarət alan varAğstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Axin.az"in Qərb Mərkəzinin məlumatına görə, qəza Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 460-cı kilometrliyində, rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Xəyyam Əmiraslanovun idarə etdiyi "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA