axin.az

SON DƏQİQƏ

Zaqatalada meşə yanır

11-03-2020, 22:59

Zaqatalada meşə yanırFövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Zaqatala rayonunun Qalal kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Axin.az"a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, həmçininZaqatala Rayon İcra Hakimiyyətinin yerli qüvvələri cəlb edilib.

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 3 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA