axin.az

SON DƏQİQƏ

"Samur gömrüyünə qədər gəlmişdilər, icra hakimiyyətinə də dönəydilər..." - GİLEY

11-03-2020, 13:51

"Samur gömrüyünə qədər gəlmişdilər, icra hakimiyyətinə də dönəydilər..." - GİLEYQusar sakinləri adından Axin.az-a ünvanlanan müraciətdə vətəndaşlar yerli icra hakimiyyətinin fəaliyyətindən, xüsusən də icra başçısı Şair Alxasovun əməllərindən narazı olduqlarını bildirir və bununla bağlı dövlət rəhbərliyindən rayona yeni başçı göndərilməsini xahiş edirlər.

Axin.az-a daxil olan müraciətdə deyilir: "Şair Alxasov bu gün rayonu öz şəxsi mülkü kimə idarə edir. Bu isə nə hörmətli Prezidentimizin bütün ölkədə nümayiş etdirdiyi siyasətə uyğun deyil, nə də bir icra başçısının səlahiyyətləri ilə uzlaşmır. Şair Alxasov zənn edir ki, Qusar rayonu onun şəxsi əmlakıdır. Burada sahibkarlıqla məşğul olmaq üçün onunla mütləq razılaşmalısan.

Razılaşmayanların obyekti başına uçurulur, biznesi, təsərrüfatı məhv edilir".

Xatırladaq ki, bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda əməliyyat keçirib və həbs olunanlar var. Bunu xatırladan narazı qusarlılar DTX-dan rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsini də xahiş edirlər: "Samur gömrüyünə qədər gəlmişdilər, icra hakimiyyətinə də dönəydilər... Fakt yetərincədir. Neftçalanın icra başçısı Şair Alxasovun yanında toya getməlidir..."

İddia olunanlarl bağlı bütün tərəfləri dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA