axin.az

SON DƏQİQƏ

Uşaqlar Ramil Şeydayevi Rəşad Sadıqovla səhv saldılar - VİDEO

10-03-2020, 15:48

Uşaqlar Ramil Şeydayevi Rəşad Sadıqovla səhv saldılar - VİDEOAzərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Ramil Şeydayev doğma rayonu Kürdəmirdən qayıdarkən Şamaxıda uşaqlarla futbol oynayıb.

Bu barədə 24 yaşlı hücumçu özünün "Facebook" səhifəsində yazıb.

Şeydayev qeyd edib ki, azyaşlı uşaqlar onun kim olduğunu bilməyiblər: "Kürdəmirdən qayıdanda Şamaxıda uşaqlarla futbol oynadıq. Axırda soruşuram ki, tanıdınızmı mən kiməm. Dedilər "hə, Rəşad Sadıqov".

Qeyd edək ki, Ramil Şeydayev dünən Kürdəmirdə yerli sakinlərlə görüşüb, futbolun vəziyyəti ilə maraqlanıb və gənclərə öz tövsiyələrini verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA