axin.az

SON DƏQİQƏ

"Qırmızı körpü" sərhəd avtovağzalında dezinfeksiya işləri aparılır

8-03-2020, 17:53

"Qırmızı körpü" sərhəd avtovağzalında dezinfeksiya işləri aparılırAzərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsində olan avtovağzalda koronavirusla əlaqədar dezinfeksiya işləri görülür.

"Axin.az"in Qərb Mərkəzinin məlumatına görə, avtovağzalın gözləmə zalı, kassa mərkəzi, məhəccərlər dezinfeksiya edilib.

Eyni zamanda gün ərzində paytaxt istiqamətinə yola düşən 20 iri tutumlu avtobusların salonu, yük bölmələri və xarici üz hissələri də epidemioloqlar tərəfindən dezinfeksiya olunub. Profilaktik tədbirlər həmçinin yaxınlıqda yerləşən iaşə obyektlərində də aparılıb.

Qeyd edək ki, "Sınıq Köprü" avtovağzalı gün ərzində ən sıx olan avtovağzallardan biridir. Buradan Gürcüstana, Türkiyəyə yük maşınları və sərnişin avtobusları, minik avtomobilləri yola düşür.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA