Şəmkir rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı xəsarət müəllim xəstəxanada ölüb.
"Axin.az"in Qərb Mərkəzinin məlumatına görə, rayonun Ələsgərli kəndində yerləşən evdə 10 gün əvvəl baş verən yanğın zamanı 1978-ci il təvəllüdlü Zöhrab Əhmədov ağır yanıq xəsarətləri alaraq Bakı şəhərindəki klinikalardan bİrinə yerləşdirilmişdi. Vəziyyəti ağır olan Z.Əhmədov həkimlərin səyinə baxmayaraq bu gün yerləşdirildiyi xəstəxanada ölüb.
Xatırladaq ki, evdə baş verən yanğın nəticəsində Z.Əhmədovun anası Mahı Bayramova hadisə yerində, 9 yaşlı oğlu isə yerləşdirildiyi xəstəxanada ölmüşdü.
Qeyd edək ki, Z.Əhmədov rayonun Ələsgərli kənd tam orta məktəbdə riyaziyyat müəllimi işləyirdi.