axin.az

SON DƏQİQƏ

İcra başçısı ilk seçkisini belə yola verdi... - İDDİA

14-02-2020, 12:32

İcra başçısı ilk seçkisini belə yola verdi... - İDDİAAğsu icra başçısının 9 fevral deputat seçkisinə müdaxləsi ilə bağlı ilginc məlumatlar yayılıb.

İxa.az bildirir ki, Tahir Kərimlini Ağsu icra başçısı deputat seçib, iddiaları ortaya çıxıb.

Bildirilib ki, seçiləcəyini əvvəlcədən deyən T. Kərimli dəfələrlə seçicilər tərəfindən qovulub. İcra başçısının təşkil etdirdiyi görüşlərdən başqa T. Kərimli ilə görüşə bir kimsə ağsulu getməyib. Deyilib ki, bir ağsulunun problemi ilə maraqlanmayan, beş ildə bir dəfə seçkilərdə rayona təşrif buyuran belə deputata etiyac yoxdu.

Amma buna baxmayaraq T.Kərimli yenə deputat olub. Bu seçim yox təyinatdı, deyən yerli ziyalılar və namizədlər prezidentdən T.Kərimlinin nəticələrinin ləğv olmasını istəyir.

Çünki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində kimsənin inanmadığı və səs vermədiyi Tahir Kərimli icra başçısının iradəsi ilə yenə də deputat olub. Yerli məmurlar tərəfindən, şəffav seçkilərə kölgə salınması, seçkiyə müdaxilə, prezidentin iradəsinə qarşı çıxmaq hesab edilir. Çünki, milli məclisin 6 ay tez buraxılması prezidentin islahatlarının ən önəmli tərəfi hesab edilib. Belə vacib siyasi islahatı öz mənafelərinə görə təyinata çevirmək cəzasız qalmaması vacibdir.

Onuda bildirək ki, Tahir Kərimlinin icra başı tərəfindən necə deputat olduğu ilə bağlı toplanan video + fotolar araşdırılması üçün prezidentə və MSK- ya göndərləcəyi də daxil olan məlumatlar arasındadı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA