axin.az

SON DƏQİQƏ

“Rayonda mənim işimə baxan yoxdur” - GİLEY

13-02-2020, 13:15

“Rayonda mənim işimə baxan yoxdur” - GİLEYİmişli rayon, Rəsullu kənd sakini Müzafət İbadət oğlu Hüseynov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyev müraciət edən şikayətçi yazır:

“Cənab İlham Əliyev!

Sizə müraciət edən İmişli rayon, Rəsullu kənd sakini Müzafət İbadət oğlu Hüseynovdur.

Sizə müraciətim işimlə bağlıdır.

Mən 1985-ci ildə İmişli rayonu, Rəsullu kəndində uşaq bağçasında işə qəbul olmuşam. 2010-cu ildə haqqımda heç bir şikayət olmadan, eləcə də pensiya yaşım tamam olmadan və ştat ləğv olunmadan İmişli rayonun Rəsullu kənd icra nümayəndəsi Cəfərov Fəxrəddin və İmişli rayon Rəsullu kənd Uşaq bağçasının müdiri Mahirə Şükürovla birləşərək məni işdən azad etdilər.

Dəfələrlə kənd nümayəndəsi Fəxrəddin Cəfərova vəziyyətimlə bağlı desəm də, o, buna məhəl qoymadı. Nə edim axı, 2010-cu ildən işsizəm.

Hal-hazırda oğlumla yaşayıram. Ailəlidir, 2 azyaşlı uşağı var. Onlar da heç yerdə işləmir. Nə sosial yardım alır, nə də hardasa işləyir. Yoldaşım 130 manat pensiya alır. Onunla da həm dolnarıq, həm də kommunal borcları veririk. Başqa heç yerdən gəlirim yoxdur.

Dolanmaq üçün həyətimdə heyvanım da yoxdur. Çox acınacaqlı vəziyyətdəyəm. Dəfələrlə məktubda yazmışam, müsbət cavab da almışıq. Amma İmişli rayonunda mənim işimə baxan yoxdur.

Cənab Prezident!

Sizdən xahiş edirəm, mənim işimin bərpası üçün müvafiq yerlərə göstəriş verəsiniz”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA