...Bilənlər bilir ki, Azərbaycanın seçki qanunvericiliyinə görə, təbliğat-təşviqat dövründə namizədlərin aidiyyəti dairələr üzrə rayonların icra orqanı rəhbərləri, xüsusən də İcra başçıları ilə görüşüb özünə reklam qazanması, təbliğatında istifadə etməsi qəti qadağandır.
Zərdab rayon İcra Hakimiyyətinin başçısı Camalzadə Mərdan Talıb oğlu isə nəinki Prezidentin seçki tövsiyyələrini, eləcə də seçki qanunvericiliyimizi saya salmayaraq seçki günü Şirvan şəhərində qeydiyyatda olmasına baxmayaraq, deputatlığa namizəd Jalə Əliyevaya səs verərək kobud qanun pozuntusuna yol vermişdir.
Xatırladırıq ki, tanınmış vəkil Adəm Məmmədov da həmin 92 Saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd idi. O, 3 saylı seçki məntəqəsinə gələrək bu qanunsuzluğun şahidi olub. Pravdainfo.org-un sualına cavab verərkən Adəm Məmmədov faktı təsdiqləyərək icra başçısı Mərdan Camalovun bu hərəkətindən şoka düşdüyünü deyərək, başçının qanunverciliyin tələblərini kobud şəkildə pozmasından təəssüfləndiyini bildirmiş, bu barədə ölkə Prezidentinə müraciət edəcəyini söylədi.