axin.az

SON DƏQİQƏ

KİV: Aİ “Boeing”in qəzaya uğramasını İrana qarşı sanksiyalar üçün əsas hesab etmir

13-01-2020, 15:24

KİV: Aİ “Boeing”in qəzaya uğramasını İrana qarşı sanksiyalar üçün əsas hesab etmirAvropa İttifaqı (Aİ) İranın daha əvvəl məsuliyyəti üzərinə götürdüyü Ukrayna “Boeing”inin qəzaya uğraması ilə əlaqədar rəsmi Tehrana qarşı birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etmək niyyətində deyil.

“Axin.az” xəbər verinə görə, bu barədə TASS Brüsseldəki mənbəyə istinadən məlumat verib.

“Aİ bu mərhələdə Ukrayna təyyarəsinin qəzaya uğraması ilə əlaqədar İrana qarşı sanksiyaların tətbiqi üçün heç bir əsas görmür, əvvəlcə istintaqın nəticələrini əldə etmək lazımdır", - mənbə bildirib.

Ukrayna təyyarəsinin İran üzərində vurulmasının nəticələri və İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının gələcəyi yanvarın 20-də Aİ xarici işlər nazirlərinin iclasında nəzərdən keçiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA