2019-cu il ərzində nikaha daxil olmaq istəyən 135 min 551 nəfər müayinədən keçib.
Axin.az xəbər verir ki, bunu report.az-a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
Direktorun sözlərinə görə, onlardan 3 min 658 nəfərdə talassemiya daşıyıcılığı, 333 nəfərdə sifilis, 150 şəxsdə isə QİÇS aşkarlanıb:
“Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 46 olub. Təkcə dekabr ayı ərzində isə 9 min 149 nəfərin müayinəsi aparılıb. Müayinədən keçən 265 nəfərdə talassemiya daşıyıcılığı, 36 nəfərdə sifilis, 15 nəfərdə isə QİÇS isə aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub”.
Z.Əlimirəzyeva qeyd edib ki, 2015-ci ildən indiyədək 635 min 364 nəfərdə qan müayinəsi aparılıb:
“21 min 893 cütlükdən birində talassemiya daşıyıcılığı, 235 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 min 61 nəfərdə sifilis, 605 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.