Axin.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 80 yaşlı özbək Ümrə (kiçik Həcc) ziyarəti zamanı aldadılıb.
Məlumatda bildirilir ki, zəvvar turfirma ilə müəyyən miqdar civarında otel, yemək və daimi müşayiət xidmətlərinin xərclərini əhatə etməklə Ümrə ziyarəti üçün razılıq əldə edib. Lakin yanvarın 1-də Bişkek və İstanbul xətti ilə Ciddə hava limanına gələn zəvvarı heç kim qarşılamayıb.
Qeyd edək ki, Özbəkistanın Ciddədəki Baş Konsulluğu 80 yaşlı zəvvarla görüşüb. Baş Konsulluqdan verilən məlumata görə, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin dəstəyi ilə yaşlı özbəyə otel də daxil olmaqla lazımi köməklik göstərilib.
Hazırda yaşlı zəvvar Ümrə ayinini icra edir.