axin.az

SON DƏQİQƏ

“Niyə sizin üzünüzdən camaat şikəst olmalıdır?!” - PROBLEM

6-01-2020, 12:17

“Niyə sizin üzünüzdən camaat şikəst olmalıdır?!” - PROBLEMPaytaxtın nəqliyyat problemlərindən biri qanunsuz parklamalarla bağlıdır. Rəsmi olaraq bu halla mübarizə aparsalar da, ciddi nəticə yoxdur. Avtomobil, xüsusilə taksilər harada necə gəldi, eləcə də saxlanılır.

“Sürücülərin maarifləndirilməsinə dəstək” İctimai Birliyinin sədri Fazil Məmmədov AYNA-ya deyib ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, taksilər onlar üçün ayrılmış dayanacaqlarda dayanmalıdır: “Səhv yerdə dayanmağa görə onları İnzibati Xətalar Məcəlləsinə əsasən, 20 manat cərimə gözləyir. Avtobus dayanacaqlarında olan taksilər 40 manat cərimə olunmalıdır. Yeri gəlmişkən, dayanacaqdan kənarda dayanan avtobus sürücüsü qanunla 60 manat və 4 balla cərimələnməlidir. Xalların sayı 20-ə çatırsa, sürücü bir il müddətinə sürücülük hüququndan məhrum olur. Ancaq taksi sürücüləri bu tələblərə məhəl qoymurlar”.

F.Məmmədovun sözlərinə görə, şəhərdə kifayət qədər müşahidə kameraları var: “Lakin bütün bunlar qanunsuz parklama problemini həll etmir. Bundan əlavə, hər bir yol polisi avtomobili bir neçə kamera ilə təchiz edilib. Bütün bunlar mövcuddur, amma sistem normal işləmir, bax, problem də bundadır. Yalnız kameraların sayını artırmaq deyil, qanunun icrasına nail olmaq lazımdır”.

“Paytaxt ərazisində 10 min ədədə yaxın taksi olmalıdır və onlar üçün də ən azı 100 dayanacaq olması vacibdir. Ancaq taksilər həddindən artıq çoxdur. Heç kim paytaxtda neçə taksinin olduğunu bilmir. Bəs onda onlar üçün neçə parklama yeri lazım olduğunu necə bilmək olar? Təxminlərimə görə, haradasa 250 minə yaxın özəl sifarişlə işləyən taksilər var. Ancaq eyni zamanda, hamı daimi taksi sürücüsü kimi işləmir, bəzilərinin də əsas işi yerləri başqadır”, - deyə QHT rəhbəri bildirib.

O, hesab edir ki, lazımi sayda dayanacaqların yaradılması ilə yanaşı, qanunsuz sərnişin daşınması ilə mübarizə aparmaq lazımdır: “Bununla taksi xidmətləri göstərən şirkətlər də maraqlanır, çünki vergi ödəyirlər, qanunsuz taksi sürücüləri isə dövlətə vergi ödəməkdən yayınırlar. Vergilər yeni yolların inşası, müxtəlif sahələrdə subsidiyalar, şəhər infrastrukturunun və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməlidir”.

“Bizdə taksi lisenziyaları var, amma normal işləmir. Bundan əlavə, taksi sürücülərinə və ümumiyyətlə, kommersiya işləri ilə məşğul olan bütün sürücülərə qoyulan tələbləri sərtləşdirmək lazımdır. Belə insanlar peşəkar sürücülərdən ibarət olmalıdır, çünki müştərilərin həyatları üçün məsuliyyət daşıyırlar. Taksi sifariş edən şəxs sürücüyə onu mənzil başına çatdırdığı üçün ödəniş edir, nə üçün sürücünün səhlənkarlığı üzündən müştəri şikəst olmalıdır?!”, - F.Məmmədov vurğulayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA