axin.az

SON DƏQİQƏ

Fuad Muradov işinin öhdəsindən gələ bilmirsə... - AKTUAL

16-10-2020, 12:00

Fuad Muradov işinin öhdəsindən gələ bilmirsə... - AKTUALDünya şöhrətli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Vətən Müharibəsinin getdiyi indiki dövrdə xaricdə yaşayan soydaşlarımızın qənaətbəxş olmayan fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib.

Axin.az yazıçının həmin məqaləsini təqdim edir.

***

Yenə də başa düşə bilmirəm! Rusiyada yaşayan iki milyona yaxın azərbaycanlı haradadır? Onların arasında hörmətli insanlar çoxdur - akademiklər, professorlar, mədəniyyət və elm xadimləri, iş adamları. Hamısı Rusiya vətəndaşıdır, hamısı da susur.

Diasporamız haradadır? Şərəfimizi qoruyan gənc oğlanlar sağ olsun. Bəs qalanları ? Dəfələrlə müşahidə etmişəm və bunu böyük təəssüf hissi ilə qeyd edirəm, ölkəsinə qarşı ən barışmaz mövqedə olanlar keçmiş vətəndaşlarımızdır.

Neyçün? Axı nəyə görə öz şəxsi problemlərinizi ölkənin boynuna yıxırsınız? Təbii ki, bu hamıya aid deyil. Amma Rusiyada iki milyon soydaşımız yaşayır.

Digər ölkələrdə də on minlərlə həmvətənimiz var. Əcnəbi ölkələrdə dəfələrlə öz ölkəsini sevən, hər şeyi atıb vətənə dönməyə, doğulduğu el-obasını qorumağa hazır olan vətənpərvər azərbaycanlılarla qarşılaşmışam. Axı, Vətən keçmiş olmur.

Solovyovun verilişinə baxdım. Yenə Kurqinyan və Şahnəzərov, üstəgəl, bizi anlamayan, ya da anlamaq istəməyən digərləri. Həqiqəti söyləməyə cəhd edənlər isə pulla ələ alınan yalançılar xoru tərəfindən susdurulur.

Əl verməyi belə lazım bilmədiyim liberal Tretyakov dünən "60 dəqiqə” proqramında bizim Fərhadın sözlərinə: "Nəyə görə Azərbaycan təbliğatını dinləməliyik!” çığırtısı ilə cavab verdi.

Mükalimə aparmaq üçün studiyaya gələn jurnalistin və ictimai xadimin efirdə bu cür davranışı biabırçılıqdır!


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA