axin.az

SON DƏQİQƏ

Daha bir sığorta şirkəti BÖHRAN HƏDDİNDƏ... - 21 min manata yaxın vergi borcu var

2-06-2020, 13:28

Daha bir sığorta şirkəti BÖHRAN HƏDDİNDƏ... - 21 min manata yaxın vergi borcu varAzərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 1-i dövlət büdcəsinə borcludur.

Bu barədə “axin.az”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, söhbət "Rəvan Sığorta” ASC-dən gedir. Şirkətin vergi borcu 20 645,37 manat təşkil edir.

Qeyd edək ki, "Rəvan Sığorta" Azərbaycan Mərkəzi Bankı(AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən az olduğu üçün nəzarətə götürdüyü 2 sığorta şirkətindən biridir. Şirkətə kapitalını artırmaq üçün 1 ay vaxt verilib.

Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Hazırda onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA