axin.az

SON DƏQİQƏ

Zakir Fərəcovun qardaşının şirkəti üzə çıxdı - İLGİNC

8-05-2020, 14:42

Zakir Fərəcovun qardaşının şirkəti üzə çıxdı - İLGİNCSumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcov İNTELEKT LTD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2007-ci ildə qeydiyyatdan keçirib. Reportyor.info xəbər verir ki,bu barədə jurnalist Cavanşir Həsənli yazıb.

Şirkət SUMQAYIT ŞƏHƏRİ, MƏH 20, ev 16/56-da qeydiyyatdadır. Bu ünvanda həmin ilin iyun və iyul aylarında daha 5 şirkət – TRANS-AVTO LTD MMC, EVEREST LTD MMC, QIZILDAŞ LTD MMC, KAİNAT LTD MMC və “GƏNCLİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyata alınıb.
TRANS-AVTO LTD MMC-nin qanuni təmsilçisi SÜLEYMAN ƏBDÜRRƏHMANOV AKİF OĞLU eyni zamanda BİNƏQƏDİ RAYONU, MİKRORAYON 7, ev 9/25, m. 146-da hüquqi qeydiyyatda olan “YARADAN KƏNDLİ-FERMER TƏSƏRRÜFATI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisidir.
Nazim Fərəcovun təsisçisi olduğu “LAMİNAT-KOMMERS LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2008-ci ildə qeydiyyatdan keçib. Onun oğlu Ruslan Fərəcovun təsisçisi olduğu RUSLAN-S MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ildən fəaliyyətdədir.
Nazim Fərəcov 2012-ci ildə Türkiyədə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alsa da sonradan aldadıldığı məlum olmuşdu.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA