axin.az

SON DƏQİQƏ

Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... - FAKT

5-05-2020, 09:18

Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... - FAKT
Azərbaycanda korrupsiya və mənimsəmə faktlarının ən çox olduğu sahələrdən biri də dövlət qurumlarının sifarişçi olduğu satınalmalardır.

Bu sırada isə ən çox nazirliklər, dövlət agentlikləri, komitələr və yerli icra hakimiyyətləri dayanır.

Araşdırmalara görə, Xaçmaz Rayon İcra Hakimiyyəti də bu mövzudan kənarda qalmayıb.

Belə ki, İcra Hakimiyyəti 2020-ci ilin mart ayının 17-də və 18-də səkkiz lot üzrə satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətinin qeyd olunan tarix üzrə yekun vurduğu satınalmaların ümumi məbləği 235.944 (iki yüz otuz beş min doqquz yüz qırx dörd) manat edib.

Səkkiz lot üzrə sifarişçi olduğu satınalmaların 6-nın qalibi (məbləğ 162.994 manat) "Alyans-MT" Məhdud Məsuliyyətli Cəmiyyəti, digər iki satınalmanın qalibi isə "Asbella-GM" (məbləğ 73.000 manat) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR...

5 manat kapitallı şirkətləri İcra Hakimiyyətinə nə bağlayır?

Xaçmaz rayon İcra Hakimiyyətinin "əsaslı təmir işləri" (məbləğ 40.000 manat) və "cari təmir işləri" (məbləğ 33.000 manat) lotları üzrə sifarişçi olduğu satınalmanın qalibi Asbella-GM MMC 2019-cu ilin oktyabr ayının 25-də dövlət reyestrində qeydiyyata alınıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 22, m. 41 ünvanıdır.

Nizamnamə kapitalı 5 manat olan Asbella-GM MMC-nin nə əlaqə telefonu, faktiki ünvanı nə də ki, maddi-texniki bazası barədə məlumata rast gəlinmir.

"Asbella-GM" MMC-nin Xaçmaz rayon İcra Hakimiyyətində "əsaslı təmir" və "cari təmir" işləri aparmaq üçün müvafiq qurumlardan hansısa lisenziyasının olub-olmaması, mütəxəssisləri, müqavilə ilə çalışan işçilərinin sayı barədə də informasiya yoxdur.

Eyni gündə təsis edilən, sahibi eyni adam olan daha bir 5 manat kapitallı MMC...

Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR...

Xaçmaz rayon İcra Hakimiyyətinin "Bərk inventar" (Məbləğ 43.230 manat), "Azqiymətli mallar" (Məbləğ 17.200 manat), "Maşın və avadanlıqlar" (məbləğ 49.960 manat), "Yumşaq inventarlar" (Məbləğ 27.194 manat), "Nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələri" (Məbləğ 7.900 manat) və "Dəftərxana və təssərrüfat malları" (Məbləğ 17.460 manat) lotları üzrə satınalmalarının qalibi "ALYANS-MT" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin oktyabr ayının 25-də dövlət reyestrində qeydiyyata alınıb.

Bu şirkətin hüquqi ünvanı da Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 22, m. 41 ünvanıdır.

Nizamnamə kapitalı 5 manat olan Asbella-GM MMC-nin də nə əlaqə telefonu, faktiki ünvanı nə də ki, maddi-texniki bazası barədə məlumata rast gəlinmir.

Hər iki şirkətin - Asbella-GM MMC-nin və "ALYANS-MT" MMC-nin qalibi Musayev İsmayıl Firdovsi oğludur.

Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR...

Eyni tarixdə təsis edilən, eyni ünvanda qeydiyyatda olan, qanuni təmsilçisi eyni şəxs olan "Asbella-GM" və "ALYANS-MT" MMC-lərin bir gün ardıcıllığı ilə Xaçmaz rayon İcra Hakimiyyətinin sifarişçi olduğu satınalmaların qalibi elan edilməsi bir sıra sualları ortaya çıxarır.

Bundan əlavə Xaçmaz rayon İcra Hakimiyyətinin sifarişi ilə rayonda "əsaslı təmir" və "cari təmir" işləri aparacaq "Asbella-GM" MMC-nin Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin prinsiplərinə, mövcud normativlərə uyğun fəaliyyət göstərəcəyi də şübhə doğuran məqamlardandır. Çünki, yuxarıda qeyd edildiyi kimi bu şirkətin təmir işləri aparması üçün müvafiq lisenziyalara sahib olması barədə heç bir məlumat yoxdur.

Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR...

Xaçmaz Rayon İcra Hakimiyyəti tenderlərlə bağlı suala cavab vermək istəməyib.

Vacib olan məqamlardan biri də tikinti yaxud təmir işləri aparacaq şirkətlərin hansı kapitala sahib olmalarıdır. Ciddi, peşəkar təmir-tikinti şirkətləri maddi-texniki bazaları, mütəxəssisləri, avadanlıqları barədə həm sifarişçiyə, həm də ictimaiyyətə məlumat verirlər. Burada xüsusən maddi baza önəmlidir. Çünki sifariş olunan işi tələblərə, qanunvericiliyə uyğun yerinə yetirə bilməyən, keyfiyyətsiz iş aparan şirkət özünün maddi bazası - kapitalı hesabına sifarişçi olan təşkilata vurduğu zərəri ödəməlidir. Belə olan təqdirdə sual yaranır: Kim hansı meyarlara əsasən təminat verə bilər ki, Xaçmaz rayon İcra Hakimiyyətinin "əsaslı təmir" və "cari təmir" lotları üzrə satınalmasının qalibi, nizamnamə kapitalı ümumilikdə 5 manatdan ibarət, mütəxəssisləri, ustaları, texniki bazası qeyri-müəyyən olan "Asbella-GM" MMC sifariş olunan işi təhlükəsiz, qaydalara uyğun və vaxtında yerinə yetirəcək?!

Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... - FAKT

Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... - FAKT
Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... - FAKT
Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... - FAKT


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA