axin.az

SON DƏQİQƏ

Asan qazanc hərisliyi COVID-19-dan daha yaşlı və qorxuludur - ARAŞDIRMA

4-05-2020, 14:23

Asan qazanc hərisliyi COVID-19-dan daha yaşlı və qorxuludur - ARAŞDIRMATexniki təyinatlı ərazilər təkcə radioaktiv çirklənməyə görə qorxulu deyil. Boru kəmərlərinin yanında və yüksək gərginlikli elektrik xətlərinin lap altında şəxsi evlərin və digər binaların tikildiyini yəqin çoxunuz görmüsünüz.

Bəzən, evlərin od və partlayış təhlükəsi olan neft və qazla dolu arteriyalara necə yaxın yerləşdiyinə heyrət edirsən. Müvafiq xidmətlərin məsul əməkdaşları belə boru kəmərlərindən hətta ən az və sadə sızmanın necə ziyan törədəcəyini izah edərkən, boruların 2-3 metrliyində, bəzən də lap altında əraziləri qanunsuz zəbt etmiş adamların tam anlayışsız və aqressiv reaksiyası ilə qarşılaşmalarından dəhşətlə danışırlar. Axı ölüm ilə nəticələnən hallar da olub.

Bu cür hadisələr faktiki olaraq həmişə baş verir. Ən dəhşətli və ibrətamiz epizodlardan biri üç il əvvəl Masazırda baş verib. Köhnə neft quyusunun iki addımlığında tikilmiş ev səmt qazı ilə dolub. Elektrik düyməsinin basılması ilə ev və orada yaşayan dörd nəfərdən ibarət ailə dəhşətli partlayış nəticəsində parça-parça olub. …

Bu hadisə mətbuatda və televiziyada geniş işıqlandırılırdı. Amma nə faydası var? Neft şirkətinin balansında olan torpağın hansı “makler” tərəfindən qanunsuz satılması ilə, hansı bələdiyyənin özünə məxsus olmayan torpağa sahib çıxması ilə, hansı məmurun, çox ehtimal ki, rüşvət müqabilində buna göz yumması ilə kimsə maraqlanıb?

Elə hadisə olub ki, az qala dizel yanacağı kəmərinin üstündə tikilən evin sakini müvafiq idarəyə müraciət edib. Ərazi zəbt olunduğu üçün lazımi texniki monitorinq və planlı təmir işlərinin aparılmasına imkan olmayıb, nəticədə iki-üç ildən sonra sızma baş verib və bütün ailə evlərini basmış dizelin içində bir neçə saat üzməli olub...

Belə adamlar cəzasız qaldıqları üçün, bu səhlənkarlıqdan istifadə edən və öz qara işlərini davam etdirən adamların sayı artır.

Belə “biznesmenlərdən” biri – Həbibli Hüseyn Mahir oğlunun fəaliyyətini necə qiymətləndirmək olar. Bu cənab “Bibiheybətneft”in ərazisində onlarla adamı yaşayış yeri ilə təmin etmək qərarına gəlib və qayğıkeşliklə onları neft quyularının yaxınlığında yerləşdirib. Yəqin onların həyatına neft mancanaqlarının ahəngli hərəkəti və cırıltısı ilə rəng qatmaq istəyirmiş.

Görünür o və alıcıları hesab ediblər ki, “Bibiheybətneft”in üçüncü yatağı ərazisində həyat onların paytaxtda ev arzusunu gerçəkləşdirərək onları daha da xoşbəxt edər.

Bir məsələni birmənalı şəkildə vurğulamaq olar: qanunsuz zəbt edənlər, tikənlər və satanlar əllərinə dozimetr alıb ərazini yoxlamayıblar belə. Axı nəyə lazımdır? Aldanmış vətəndaşlardan alınan pulların “fonu” və qoxusu yoxdur…

Asan qazanc hərisliyi COVID-19-dan daha yaşlı və qorxuludur - ARAŞDIRMA
Asan qazanc hərisliyi COVID-19-dan daha yaşlı və qorxuludur - ARAŞDIRMA
Asan qazanc hərisliyi COVID-19-dan daha yaşlı və qorxuludur - ARAŞDIRMA


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA