axin.az

SON DƏQİQƏ

Nə üçün kişilər koronavirusa qadınlardan daha çox yoluxur?

25-03-2020, 12:27

Nə üçün kişilər koronavirusa qadınlardan daha çox yoluxur?Bu günə qədər İtaliyada koronivusdan ölənlərin sayı 4 mindən çoxdur. Statistika göstərir ki, ölənlərin 70% kişilərdir.

Həmçinin İtaliya mütəxəssisləri aşkar ediblər ki, kişilər koronavirusa qadınlarla müqayisədə daha tez-tez yoluxur. Yoluxanların 60% yenə də kişilərdir.

The Washington Post xəbər verir ki, Çində də koronavirusdan ölənlərin 64%-ni kişilər təşkil edib.

Alimlər koronavirla bağlı olan bu “gender bərabərsizliyi”nin səbəbini sona qədər təyin edə bilmirlər. Bir çox alimlərin fikrinə görə, bunun səbəblərindən biri qadın orqanizminin müxtəlif ziyanlı faktorlara qarşı (aclıq, stress və s.) daha davamlı olmasıdır.

Həmçinin alimlərin fikrinə görə, bunun səbəbi qadınların daha güclü immun sistemi də ola bilər.

Kişilər arasında siqaret çəkən və spirtli içkiləri qəbul edənlər qadınlarla müqayisədə daha çoxdur. Bu 2 ziyanlı vərdiş orqanizmi zəiflədir. Həmçinin siqaret çəkmək ağciyər xəstəliklərinin əsas səbəbidir. Xroniki ağciyər xəstəlikləri olan insanlar isə koronavirusa görə risk qrupuna aiddir.

Axin.az kp.ru-ya istinadla bildirir ki, Con Hopkins Universitetinin (Baltimor) professoru Sabra Klayn deyib: “Biz dəqiq bilmirik niyə koronavirus kişilər üçün daha təhlükəlidir. Lakin yaşlı olmaqdan əlavə kişi cinsinə aid olmaq da artıq risk faktoru sayıla bilər və ictimaiyyət bunu bilməlidir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA