axin.az

SON DƏQİQƏ

Kişilərin qadınlardan az yaşamağının səbəbi məlum oldu

8-03-2020, 09:30

Kişilərin qadınlardan az yaşamağının səbəbi məlum olduKişilər XY cinsi xromosomların dəstinə görə qadınlardan daha az yaşayırlar. Bu qənaətə Avstraliyanın Yeni Cənubi Uels Universitetinin tədqiqatçıları gəliblər.

Araşdırmanın nəticələri “Biology Letters” jurnalında yerləşdirilib.

Elmi qrup Y xromosomların orqanizmi X xromosomlarda gedən zərərli mutasiyalardan qoruya bilməməsi ilə bağlı fərziyyəni yoxlamaq istəyib.

Alimlər 229 heyvan növünün erkək və dişilərində xromosomların toplusunu həyat müddəti ilə müqayisə ediblər.

Məlum olub ki, eyni cüt xromosomlu fərdlər orta hesabla 17,6% daha uzun yaşayırlar. Eyni zamanda, heyvanın növündən asılı olaraq, bu cür homogen xromosom dəsti həm erkək, həm də dişi fərdlərdə ola bilər.

Belə ki, quşlar, kəpənəklər və pərvanələrin məhz erkək fərdlərini ZZ xromosomları müəyyən edir, dişilər isə ZW xromosomlara malikdirlər. Belə halda həyat müddəti kişi fərdlərdə daha uzundur.

Alimlər bildirirlər ki, insanlarda isə məhz qadınlar XX xromosomunun daşıyıcılarıdır və buna görə də onlar daha uzun yaşayırlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA