axin.az

SON DƏQİQƏ

Neft Şirkətinin BOZ KARDİNALI Mikayıl İsmayılov - Bahalı maşınlar, dəbdəbli həyat, xarici banklara daşınan milyonlar və XƏYANƏT (I yazı)

7-03-2020, 12:52

Neft Şirkətinin BOZ KARDİNALI Mikayıl İsmayılov - Bahalı maşınlar, dəbdəbli həyat, xarici banklara daşınan milyonlar və XƏYANƏT (I yazı)SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov öz biznesini neft şirkətinin milyonları hesabına genişləndirib. Neft Şirkətinin «boz kardinalı»nın keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla da milyonların hesabına əlaqələr qurulub. Bu azmış kimi, Mikayıl İsmayılov vaxtı ilə böyük qüdrət sahibi olmuş Akif Çovdarovla ARDNŞ-də dövlət vəsaitini valyuta olaraq xaricə daşıyaraq həm varlandı həm də küclənib, oliqarxa çevrildi.

İxa.az xəbər verir ki, SOCAR-da maliyyə-təsərrüfat siyasətinə cavabdeh olan bu oliqarx M.İsmayılov, bütün bunlardan başqa “Cadillac Bakı Mərkəzi”, “Chevrolet Azerbaijan” diler firmalarının və xaricdə otellərin, iri şirkətlərin eləcədə ofşar hesabların "PATRON"udur.
Bu səbəbdən də Mikayıl ciddi-cəhdlə çalışır ki, SOCAR-da vəzifəsindən asılı olmayaraq bütün işçilərin “ayağını yerdən götürsün”.

Deyə bilərik ki, Mikayıl İsmayılov ARDNŞ-in çətiri altında özünə böyük bir biznes imperiyası qurub. Belə ki, ARDNŞ-in avtomobil parkının balansında 1000-dən çox avtomobil var. Şirkətin hətta orta ranqdan olan hər bir rəhbər işçisi “Cadillac” və “Chevrolet” markalı bahalı xidməti maşınla təmin olunub. Bu “icad” da təsadüfi deyil. Bu bahalı maşınları Azərbaycana yalnız bir nəfər gətirib satır – Mikayıl İsmayılov… Bəli, məhz ARDNŞ-in həmin vitse-prezidenti…Özü də bu avtomobillər SOCAR-a satılarkən normal satış qiymətidən dəfələrlə dəfə baha sənədləşdirilir.

“Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” diler firmalarının sahibidir. Balansında olan bütün bu avtomobillərə bəlli texniki xidmət mərkəzlərində texniki xidmət göstərilir ki, bu zaman yalnız “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” markalı motor yağlarından istifadə edilir. Həmin texniki xidmət mərkəzləri də məhz, Mikayıl İsmayılova məxsusdur. Bu markadan olan motor yağlarını da ölkəyə yalnız M.İsmayılov gətirib satır. Təkcə bunlar deyil… Görəsən, ”MODERN HOSPİTAL” və digər bu kimi iri biznes sahələri M.İsmayılovun gərgin büdcə əməliyyatlarının nəticəsidir. Onun şirkət hesabına genişləndirdiyi biznesi təkcə bununla da bitmir. SOCAR-ın balansında olan bütün avtomobillərə də yalnız Mikayıl İsmayılova məxsus texniki xidmət mərkəzlərində texniki xidmət göstərilir.



Həmçinin avtomobillərdə yalnız “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” markalı motor yağlarından istifadə edilir ki, bu markadan olan motor yağlarını da ölkəyə yalnız M.İsmayılov gətirə bilir.

İxa.az saytına daxil olan məlumatda o da qeyd edilir ki, öz diller firmalarından Mikayıl İsmayılov SOCAR-a satdığı minlərlə avtomobili köhnəlmədən “spisat” edərək, sonradan satışa çıxartdırır. Bütün dayaqları ilə gəlirlərinin üstünə gəlir gətirən İsmayılov tender oyunlarından da pis qazanmır. O, SOCAR-dakı hazır pullar hesabına bahalı maşınlar, evlər, villalar,zavodlar,şirkətlər həttda xaricədə otellər və qumarxanalara sahib olduğu bildirilir. Böyük bir şəbəkəyə sahib olan İsmayılovun idmançılardan və keçmiş sistem işçilərindən ordu yığdığıda söylənilir. Əcabə görəsən belə bir küc, Mikayıl İsmayılovun nəyinə lazımdır.O hansı generallar və xəyanətkar məmurlardır ki, İsmayılov onların köləsinə çevrilib.

Saytımızı bilgiləndirən mənbə deyir ki, SOCAR-da kifayət qədər yüksək post tutan və “yeyintili” sahələrini tam nəzarətinə götürən Mikayıl İsmayılov, prezidentə xəyanət edən şəxslərlə bu gündə sıx əlaqədədir. Ümid edək ki, bu xəbər, o, xəbərdən olmaz inşəallah!

Bəlkə, son 12 milyonluq hadisədə çirkin niyyətlərin təzahürü ola bilər. Amma prezidentin son sərt çıxışları, DTX-nin müdhiş əməliyyatları zamanı ifşa olunanlardan məlum oldu ki, ölkəmiz etibarlı əllərdədir.



Amma İsmayılovun qaraqura fəaliyyəti ilə bağlı mediada yazılan bütün yazılar nədənsə müəmmalı şəkildə “qeybə çəkilir”.

Məsələn, bir müddət əvvəl Mikayıl İsmayılovun həmyerlisi, Ağsu rayonundan olan, Ceyhun Vaqif oğlu Canıyevin dələduzluq cinyəti ilə bağlı məhkəmə işində SOCAR-ın vitse-prezidentinin adı çəkilirdi. Amma və lakin, sözügedən məhkəmə oliqarx M.İsmayılıovu kənarda saxlayaraq, cinayəti dələduzluq işi kimi təqdim etdi. Belədə 12 milyon elədə zarafat edilən rəqəm deyil ki,..

12 milyonu guya, yoxa çıxaran Ceyhun Canıyevin cinayət işinin nədənlərinə nəzər salaq.

2016-cı ildə mediada yazılan yazılarda iş adamı Samir Verdiyev Mikayıl İsmayılovun “sağ əli” sayılan Ceyhun Canıyev adlı bir şəxsdən şikayətçi düşüb.

Beləki, iş adamının sözlərinə görə, Ceyhun Canıyev ondan 350 min dollar alaraq onu SOCAR-da tenderə salacağını vəd edib, ancaq vədinə əməl etməyib. Şikayətçinin dediyinə görə, Canıyev Ceyhun Vaqif oğlu “Vita1000” meyvələri şirkətinin və “Modern Group” şirkətlər qrupunun payçısı olaraq Mikayıl İsmayılovu həmin şirkətlərdə təmsil edib.

Qeyd edək ki, SOCAR vitse-prezidenti və onun yaxın ətrafı ilə bağlı yazılar saytlarda trajlanandan sonra, Ceyhun Caniyev DİN BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunub.
O, bir neçə şəxsə qarşı ümumilikdə, 12 milyon dollar dələduzluq təqsirləndirilib. Həmin vaxt mediada gedən yazılarda qeyd edilirdi ki, M.İsmayılov C.Canıyevin dələduzluq əməlində adının hallanmasına görə, onun həbs edilməsini təşkil edib. Ümumiyyətlə bu ağ yalan idi. Əslində 12 milyonluq əməliyyat M.İsmayılovun dəstxətti olduğu SOCAR-dakı media ajanları tərəfindən yayılmışdı. Həmin ajanlar ki, dəfələrlə qurduğqları tora Mikayıl İsmayılovu salaraq, 10, 25 və 50 min manat tərlətməyi bacarmışlar. Bəzi səbəblər vardır ki, məlum hadisənin məhkəmə prosesini, sosial medianın heç birində M. İsmayılovun adının hallanmasına imkan vermədi. Yəni, gözü çıxmış ajanlardan dərs götürən media baronları İsmayılovdan aldıqları bəxşişlər hesabına cinayətinin detallarına toxunmağa “lüzum bilmədi”.

Görünən isə odur ki, hələki, media sahəsindəki “qoruyucu mələyi”n ƏLİ, Mikayıl İsmayılovun üzərindədir.

ARDI VAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA