axin.az

SON DƏQİQƏ

ABŞ-ın ən zəngin prezidentləri – TOP 10

16-02-2020, 16:00

ABŞ-ın ən zəngin prezidentləri – TOP 10ABŞ-da prezident vəzifəsini adətən, artıq öz ölkəsində müəyyən təsir gücünə və nüfuza nail olmuş adamlar tutublar.

Prezidentin bugünkü maaşı hakimiyyətdə olduğu hər il üçün 400 000 dollar təşkil edir. Lakin “TheRichest” portalının ekspertləri eks-prezidentlərin sərvətini müasir pula müvafiq yenidən hesabladıqda, daha böyük məbləğ alınıb.

Beləliklə, ABŞ-ın 10 ən zəngin eks-prezidentini təqdim edirik. Qeyd edək ki, göstərilən rəqəmlər inflyasiya nəzərə alınmaqla, yəni bugünkü pulla hesablanmış əmək haqqıdır.

10. Con Tayler



Con Tayler ABŞ-ın onuncu prezidentidir. Tayler ilk ABŞ prezidentidir ki, seçki yolu ilə deyil, vitse-prezident olduğu üçün, dövlət başçısının vəfatından sonra bu vəzifəyə gəlib.

Onun sərvəti bugünkü pulla hesabladıqda 57 milyon dollara müvafiqdir.

9. Franklin Ruzvelt



Franklin Ruzvelt ABŞ-ın 32-ci prezidentidir. İki müddətdən artıq seçilmiş yeganə Amerika prezidentidir. Onun sərvəti bugünkü pulla hesabladıqda 66 milyon dollara müvafiqdir.

8. Bill Klinton



Bill Klinton ABŞ-ın 42-ci prezidentidir. Klinton bu vəzifəyə iki dəfə seçilib, ikinci prezidentlik müddəti isə Monika Levinski ilə qalmaqalı və impiçment proseduru ilə yadda qalıb. Onun sərvəti bugünkü pulla hesabladıqda 75 milyon dollara müvafiqdir.

7. Herbert Huver



Herbert Huver ABŞ-ın 31-ci prezidentidir. 1914-cü ildə onun sərvəti 100 milyon dollar idi. O, prezident olduğu müddətdə məvacibindən imtina edərək, bu vəsaiti müxtəlif xeyriyyə fondlarına, həmçinin Ağ Evin personalına əlavə ödənişlər qismində verib.

6. Lindon Conson



Lindon Conson ABŞ-ın 36-cı prezidentidir. Prezidentlik müddəti bitdikdən sonra memuarlar yazıb, eləcə də universitetlərdə mühazirələrlə çıxış edib. Onun sərvəti bugünkü pulla hesabladıqda 109 milyon dollara müvafiqdir.

5. Ceyms Medison


Ceyms Medison ABŞ-ın 4-cü prezidentidir. O, həmçinin ABŞ Konstitusiyasının və Hüquqlar haqqında Billin əsas müəlliflərindən biridir. Medison zəngin ailədə böyüyüb. Hüquq sahəsində karyera isə onun maliyyə vəziyyətini daha da gücləndirib.

4. Endrü Cekson



Endrü Cekson ABŞ-ın 7-ci prezidentidir. O, Demokrat Partiyasının namizədi olaraq seçilən ilk ABŞ prezidenti olub. Onun sərvəti bugünkü pulla hesabladıqda 132 milyon dollara müvafiqdir.

3. Teodor Ruzvelt



Teodor Ruzvelt ABŞ-ın 26-cı prezidentidir. O, 1906-cı ildə Nobel Sülh mükafatına layiq görülüb. Onun sərvəti bugünkü pulla hesabladıqda 139 milyon dollara müvafiqdir.

2. Tomas Cefferson



Tomas Cefferson ABŞ-ın 3-cü prezidentidir. O, həmçinin ABŞ-ın Müstəqillik Bəyannaməsinin müəlliflərindən biri, görkəmli siyasi xadim və filosof idi. Onun sərvəti bugünkü pulla hesabladıqda 236 milyon dollara müvafiqdir.

1. Corc Vaşinqton



Corc Vaşinqton ABŞ-ın ilk prezidenti, dövlətin qurucularından biri idi. O, Kontinental ordunun baş komandanı, müstəqillik uğrunda döyüşlərin iştirakçısı və ABŞ prezidentlik institutunun yaradıcısı olub. Onun sərvəti bugünkü pulla hesabladıqda 587 milyon dollara müvafiqdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA