axin.az

SON DƏQİQƏ

Oqtay Əsədov adına hazırlanmış protokol ələ keçdi - başçı müavini və DSK-a sədri belə istədi(İDDİA)

14-02-2020, 16:35

Oqtay Əsədov adına hazırlanmış protokol ələ keçdi - başçı müavini və DSK-a sədri belə istədi(İDDİA)Xəbər verdiyimiz kimi, 45 saylı Abşeron Seçki Dairəsindən YAP-ın namizədi Oqtay Əsdov seçki günü xəstəxanada olsada lider namizəd elan olunub.

İxa.az xəbər verir ki, İcra başısının müavini Fuad Cəbrayılov və DSK-a sədri, Oqtay Əsdov adına nəticələrin mümkün qədər şişirdilməsi, namizədləri hərəkətləndirib.

İddia edilib ki, 45-ci Abşeron seçki Dairəsinin 1 saylı məntəqə sədri Ülviyyə xanım, icra başçısının müavini Fuad Cəbrayılov tərəfindən gələn göstərişə biganə qala bilməyib. Məntəqə sədri ərazisinə aid olmayan adamları çağırtdıraraq Oqtay Əsədov adına yüzlərlə bülleten qutuya atdırıb.

Həmçinin siyahıda adları olmayanlar və digər vəndaşlarımız 15 ilin spikerinə səs vermək üçün səfərbər edilib. Qəsəbələrdə məktəb müəllimləri, bağçaların rəhbərləri və işçiləri Cəbrayılovun göstərişiilə spiker üçün dəridən, qabıqdan çıxıblar.

Seçki qurtardıqdan sonra isə bülletenlərə nəzarət edən bütün müşahidəçilər məcbur məntəqədən uzaqlaşdırılıb. Bundan başqa məntəqədə iki protokol yazılıb. Həmin protokolun biri dairəyə göndərilsədə digəri ələ keçib.

Həmin protokol:

Oqtay Əsədov adına hazırlanmış protokol ələ keçdi - başçı müavini və DSK-a sədri belə istədi(İDDİA)


Qeyd edək ki, daxil olan məlumatda, 45 saylı Abşeron Seçki Dairəsi üzrə daxil olan şikayətlər, foto və videolar araşdırılması üçün MSK-ya göndərildiyi də deyilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA